Əmisi ilə dənizdə batan 15 yaşlı yeniyətmənin meyiti tapıldı

4 Avqust 2026 09:51

Bakıda dənizdə batan Salyan rayonunun Yenkənd kənd sakini 2011-ci il təvəllüdlü Həsən Əlihəsənovun meyiti tapılaraq aidiyyarı üzrə təhvil verilib.

Milli.Az Apa-ya istinadla xəbər verir ki, hadisə Ələt qəsəbəsi ərazisində qeydə alınıb.

Qeyd edək ki, Salyan rayonunun Yenikənd kənd sakinləri - 35 yaşlı Ariz Əlihəsənov və qardaşı oğlu, 2011-ci il təvəllüdlü Həsən Əlihəsənov dənizdə çimərkən boğulublar. Ariz Əlihəsənovun meyiti ötən gün sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)