Məhkəmə vəkili Cefferson Fişer psixoloji manipulyasiyaya məruz qalan şəxslərin dialoq zamanı nəzarəti yenidən ələ almasını təmin edəcək 3 praktik ifadəni paylaşıb.
Milli.Az xəbər verir ki, psixoloji manipulyasiya üsulları ilə mübarizə mövzusunda məhkəmə vəkili Cefferson Fişer dialoqlar zamanı istifadə oluna biləcək üç praktik ifadəni bölüşüb. Fişer bu üsulların manipulyativ davranışları məhdudlaşdırmağa kömək etdiyini bildirib. Fişerin paylaşdığı ifadələr və üsullar aşağıdakılardır:
1. "Mənim eşitdiyim bu idi"
Müzakirə zamanı qarşı tərəfin daha əvvəl dediyi bir cümləni inkar etməsi halında "Bəli, dedin" və ya "Onda nə dediyini izah et" şəklində cavab verilməməlidir. Fişer bu cür ifadələrin qarşı tərəfə vəziyyəti manipulyasiya etmək üçün imkan yaratdığını bildirərək, bunun əvəzinə sadəcə "Mənim eşitdiyim bu idi" cavabının verilməsini tövsiyə edib. Bu ifadənin vəziyyətin tərsünə çevrilməsinin qarşısını alaraq qarşı tərəfə izahat vermək imkanı yaratdığı qeyd olunub.
2. "Mənim də kömək edə biləcək birinə ehtiyacım var"
Manipulyativ dialoqlarda qarşı tərəfin "Sənin köməyə ehtiyacın var" şəklindəki ittihamlarına qarşı sakitcə "Mənim də kömək edə biləcək birinə ehtiyacım var" şəklində cavab verilə biləcəyi qeyd edilib. Bu cavabın söhbətdəki nəzarəti yenidən ələ almağa kömək etdiyi bildirilib.
3. "Mən həqiqəti uydurmuram"
Qarşı tərəfin məsuliyyətdən qaçmaq məqsədilə irəli sürdüyü "Özündən uydurursan" və ya "Elə bir şey olmayıb" kimi sözlərinə qarşılıq olaraq "Mən həqiqəti uydurmuram" ifadəsinin istifadə edilməsi tövsiyə edilib. Fişer bu cümlənin insanın öz mövqeyini qorumasına kömək etdiyini qeyd edib.
Mövzu ilə əlaqədar olaraq əlavə bu tövsiyələrə də yer verilib:
Həqiqəti təsdiqləmək üçün dost və ya ailə üzvləri ilə danışmaq, görüşdən əvvəl gündəlik tutmaq və ya mesaj/e-poçt saxlamaq kimi üsullarla sübut toplamaq tövsiyə olunub. Ünsiyyətin nəticə vermədiyi hallarda emosional sağlamlığı qorumaq məqsədilə dialoqdan uzaqlaşmaq və manipulyativ şəxslərlə ehtiyac duyulandan uzun müddət ünsiyyətdə qalmamaq vurğulanıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)