Olqa Stefanişina vəzifəsindən azad edildi

3 Avqust 2026 21:59

Ukrayna Prezidenti Volodimir Zelenski Olqa Stefanişinanı Ukraynanın ABŞ-dəki səfiri vəzifəsindən azad edib.

Milli.Az report-a istinadən xəbər verir ki, müvafiq fərman Ukrayna Prezidentinin saytında dərc olunub.

"Stefanişina Olqa Vitalyevna Ukraynanın Amerika Birləşmiş Ştatlarındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edilsin", - sənəddə deyilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)