İstanbulun Büyükçekmece rayonunda sahil ilə binalar arasında torpaq sürüşməsi baş verib.
Milli.Az xəbər verir ki, hadisə üzərinə bölgəyə yanğınsöndürmə, tibbi yardım və polis qrupları cəlb olunub. Torpaq altında qalan şəxslərin xilas edilməsi üçün işlər davam etdirilir.
Hadisə Büyükçekmece Mimar Sinan sahilində baş verib. Sürüşən torpaq sahil yolunu qismən bağlayıb.
Bildirilib ki, torpaq altında qalanlar var və qrupların ərazidəki işləri davam edir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)