Şeydayevin yeni klubu rəsmiləşdi

3 Avqust 2026 20:00

Azərbaycanlı futbolçu Ramil Şeydayevin yeni klubu bəlli olub.

Milli.Az xəbər verir ki, 30 yaşlı futbolçu Rusiyanın 1-ci liqa təmsilçisi "Soçi" klubuna transfer olunub. Tərəflər arasında 2026/2027 mövsümünün sonunadək qüvvədə olan müqavilə imzalanıb. O, yeni komandasında 7 nömrəli formanı geyinəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Şeydayev karyerası ərzində "Qarabağ", "Zenit", "Jilina", "Neftçi", "Kocaelispor", "Buriram Yunayted" və digər klubların formasını geyinib. 

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)