"Turan Tovuz" Türkiyə klubuna böyük hesabla qalib gəldi

3 Avqust 2026 19:33

"Turan Tovuz" Türkiyə toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib. 

Milli.Az xəbər verir ki, "Gənclərbirliyi" ilə qarşılaşan bölgə təmsilçisi 4:0 hesablı qələbə qazanıb. Komandanın heyətində Dioqo Balau, İbrahima Vadji, Alexandro Serrano və Faiq Hacıyev fərqləniblər.

Qeyd edək ki, "Turan Tovuz" Ankara hazırlığı çərçivəsində daha öncə İranın U-21 yığması və Türkiyənin 1-ci liqa təmsilçisi "Fatih Karagümrük"lə  və  hər iki oyun 1:1 hesabı ilə başa çatıb. Həmçinin Tovuz təmsilçisi Türkiyənin "Iğdır" klubu ilə gücünü sınayıb və 1:0 hesabı ilə qalib gəlib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)