SEPAH Hörmüz boğazında ABŞ-a məxsus olduğu ehtimal edilən PUA-nı vurdu

3 Avqust 2026 16:10

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı üzərində uçan "MQ-9 Reaper" tipli pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini açıqlayıb.

Milli.Az xəbər verir ki bu barədə SEPAH-a yaxınlığı ilə tanınan "SEPAH Nyus" agentliyi məlumat yayıb.

Bildirilib ki, vurulan PUA-nın hansı ölkəyə məxsus olduğu dəqiqləşdirilməyib. Lakin "MQ-9 Reaper" tipli pilotsuz aparatların əsas istifadəçilərindən birinin ABŞ Hərbi Hava Qüvvələri olduğu qeyd olunur.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)