Avqustun 4-də ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, küləyin isə gün ərzində istiqamətini dəyişəcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək.
Paytaxt və yarımadada havanın temperaturu gecə saatlarında 23-26 dərəcə isti, gündüz isə 31-36 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 45-50 faiz olacaq.
Respublikanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Lakin bəzi dağlıq ərazilərdə gündüz qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında dağlıq ərazilərdə duman müşahidə oluna bilər.
Rayonlarda havanın temperaturu gecə 22-26 dərəcə isti, gündüz 33-38 dərəcə isti olacaq. Dağlıq ərazilərdə isə gecə 15-20 dərəcə, gündüz 23-28 dərəcə isti təşkil edəcək.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)