Avropada meşə yanğınlarının vurduğu zərər 3 milyard avronu ötüb

3 Avqust 2026 12:26

Avropada müşahidə olunan rekord istilər və bunun ardınca baş verən genişmiqyaslı meşə yanğınları ölkələrə böyük maddi ziyan vurub.

"Financial Times" qəzetinin məlumatına görə, Fransa, İspaniya və digər Avropa ölkələrində qeydə alınan yanğınlar nəticəsində bu il artıq 3 milyard avrodan çox itki yaranıb.

Nəşrin hesablamalarına əsasən, yanğın mövsümünün ilk iki ayında təxminən 500 min hektar ərazi külə dönüb. Ən çox zərər çəkən beş Avropa İttifaqı ölkəsinə dəyən iqtisadi ziyanın 3,1 milyard avro olduğu bildirilir.

Bununla yanaşı, məqalədə qeyd olunur ki, daşınmaz əmlaka, kənd təsərrüfatına və turizm sektoruna dəyən əlavə zərərlər hələ tam hesablanmayıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)