Sosial şəbəkələrdə su borusundan yüksək təzyiqlə hava axınını əks etdirən video paylaşılıb.
Milli.Az xəbər verir ki, videoda iddia edilir ki, su borusundan hava çıxır, su yoxdur. Hava axını isə sayğacın işləməsinə səbəb olur.
Bəs bu nə dərəcə realdır?
Məsələ ilə bağlı kommunal məsələlər üzrə ekspert Nüsrət Qasımov bildirib ki, su sisteminə tez-tez hava vurulması mümkün deyil.
Onun sözlərinə görə, hava yalnız su kəsintisi zamanı və ya yalnız suyun verilişi bərpa edilərkən hava axını daxil olur:
"Müəyyən bir ərazidə su bağlana bilər. Bəzi xidmətlər üçün və ya əlavə xətlər, təmir zamanı əhalidə olan gidrafonlar yəni susovuranlar işə düşür. Borunun içində olan suyu sovurub aparır yerinə hava daxil olur. Bu da küllü miqdarda zərər vurmur. Az miqdarda olan birşeydir. Ərazidə olan mənzillərə sistemli şəkildə paylanır".
Məsələ ilə bağlı ADSEA-dan bildirildi ki, su xətlərinin üzərində xüsusi hava buraxıcılar, vantuslar, quraşdırılır. Bu qurğuların əsas funksiyası boru xətlərində toplanan havanı avtomatik şəkildə xaric etməkdir.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)