Bakıda 4 yaşlı uşaq 13-cü mərtəbədən yıxılaraq ölüb

3 Avqust 2026 11:52

Bakının Xətai rayonunda faciəvi hadisə baş verib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə R.Məmmədov küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.

Belə ki, 4 yaşlı İ.Q. yaşadığı mənzilin 13-cü mərtəbəsindəki pəncərədən ehtiyatsızlıq nəticəsində yıxılıb.

Uşaq aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)