Bakının Nizami rayonunda yerləşən futbol meydançasında meyit tapılıb.
Milli.Az apa-ya istinadən xəbər verir ki, hadisə avqustun 2-də Qara Qarayev prospekti 81 ünvanında yerləşən meydançada qeydə alınıb.
Məlumata əsasən, aşkarlanan şəxsin Bakı sakini, 1950-ci il təvəllüdlü Bəkir Əhmədov olduğu müəyyən edilib.
İlkin baxış zamanı meyit üzərində zorakılıq əlamətləri aşkar edilməyib.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)