Daşınmaz əmlak bazarında qiymət artımı davam edir.
Milli.Az xəbər verir ki, əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, bahalaşma əsasən sahəsi kiçik olan mənzillərdə daha qabarıq hiss olunur. Bu tendensiya xüsusilə köhnə tikili binalarda müşahidə edilir.
Ekspertin sözlərinə görə, yaxın dövrdə yeni tikili binalarda da qiymət artımının davam edəcəyi gözlənilir. O, bunu Bakıda yeni çoxmənzilli yaşayış binalarının inşası üçün yararlı torpaq sahələrinin getdikcə azalması ilə əlaqələndirib:
"Hazırda yeni tikili binalarda bir kvadratmetrin qiyməti yerləşdiyi əraziyə görə dəyişir: paytaxtın mərkəzində 4 000-7 000 manat, mərkəzə yaxın ərazilərdə 2 000-4 000 manat, şəhər kənarında isə 1 500-2 500 manat arasında dəyişir. Köhnə tikili binalarda isə bir kvadratmetrin qiyməti əsasən 2 500-4 000 manat təşkil edir".
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)