Avqustun 1-i və 2-si ərzində ölkə ərazisində qeydə alınan 69, eləcə də əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması təmin edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, keçirilən tədbirlər nəticəsində axtarışda olan 73 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 46-sı borclu şəxs qismində axtarışda olub.
Həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 32 fakt, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması və götürülməsi ilə bağlı isə 7 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən ümumilikdə 69 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)