Moskvadan Bakıya toya gələn xalaoğulları dənizdə boğuldu

3 Avqust 2026 09:54

Buzovnada çimərlikdə 2 nəfər dənizdə batıb.

Milli.Az xəbər verir ki, bu barədə bloger Saleh Nəsirov İnstaqram hesabında paylaşım edib.

O bildirib ki, dənizdə qayalıq ərazidə 2 qız, 2 oğlan olmaqla 4 nəfər batma təhlükəsi ilə üzləşib:

"Onlardan 11 və 22 yaşlı oğlanların həyatını xilas etmək mümkün olmayıb. Qızlar isə sahilə çıxarılıb. Boğulan oğlanlar xalaoğlu olublar. Onlar Moskvadan Bakıya toya gəliblərmiş".

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)