Yasamalın bir hissəsində elektrik kəsiləcək

3 Avqust 2026 09:10

Elektrik enerjisinin verilişinin keyfiyyətinin yaxşılaşdırılması və artan enerji tələbatının qarşılanması məqsədilə avqustun 3-də Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidmət ərazisində yerləşən Transformator Məntəqəsində (TM) planlı təmir işləri aparılacaq.

Bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Məlumata görə, təmir işləri ilə əlaqədar bu gün saat 10:00-dan 13:00-dək Əhməd Cəmil, Süleyman Dadaşov, Bəsti Bağırova və Həsən Məcidov küçələrinin bir hissəsində elektrik enerjisinin verilməsində müvəqqəti məhdudiyyət olacaq.

Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra həmin ərazilərin sakinləri daha dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcəklər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)