Mahir Emreli "Rakuv"un heyətində növbəti qolunu vurub - (Video)

2 Avqust 2026 22:04

Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Rakuv"un heyətində Polşa çempionatında ilk qolunu vurub.

Milli.Az-ın məlumatına görə, 29 yaşlı hücumçu II turda "Şlyonsk" komandasına qarşı səfər oyununda fərqlənib.

Start heyətində meydana çıxan forvard 60-cı dəqiqədə hesabı açıb.

Qeyd edək ki, bu, Mahir Emrelinin "Rakuv"un heyətində ikinci qolu olub. O, daha əvvəl UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Malta təmsilçisi "Valletta" ilə debüt matçında da rəqib qapısına yol tapmışdı./"Report"

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)