Tovuzda azyaşlının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, qəza rayon ərazisində qeydə alınıb.
2018-ci il təvəllüdlü N.O-nu maşın vurub. 8 yaşlı oğlan xəstəxanaya çatdırılıb və təcili əməliyyata götürülüb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
İlkin məlumata görə, uşaq Bakıdan Tovuza qonaq gedibmiş./"Qafqazinfo"
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)