Sumqayıtda 4-cü mərtəbədən yıxılan kişi xəstəxanada öldü

2 Avqust 2026 16:15

Sumqayıtda 4-cü mərtəbədən yıxılan kişi 6 gün sonra xəstəxanada ölüb.

Milli.Az xəbər verir ki, hadisə iyulun 27-də şəhərin 8-ci mikrorayon ərazisində baş verib.

Qapalı kəllə-beyin travması alan 1962-ci il təvəllüdlü Şükürov Şahin dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, o, müalicə aldığı tibb müəssisəsində vəfat edib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)