Xocavənd rayonunda baş verən mina partlayışı nəticəsində yaralanan şəxsin son vəziyyəti açıqlanıb.
Bu barədə Milli.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
TƏBİB-dən verilən məlumata görə, Xocavənd rayonu ərazisində baş verən partlayış nəticəsində xəsarət alan 1985-ci il təvəllüdlü kişi avqustun 2-də saat 09 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Ona bədənin müxtəlif nahiyələrinin çoxsaylı qəlpə yaraları, həmçinin sol budun aşağı üçdəbir hissəsinin qəlpə yarası diaqnozları qoyulub.
Pasiyentə zəruri tibbi yardım göstərilib və ixtisaslaşdırılmış tibbi xidmətin davam etdirilməsi məqsədilə Bakı şəhərində yerləşən özəl tibb müəssisələrindən birinə təxliyə olunub.
________________
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verir ki, işğaldan azad edilmiş Xocavənd rayonu ərazisində 2026-cı il 2 avqust tarixində mina hadisəsi baș verib.
Humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən özəl şirkətlərdən birinin əməkdaşı 1985-ci il təvəllüdlü Əhədov Əhəd Sərvan oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində Əhədov Əhəd müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alan əməkdaş rayon mərkəzi xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)