Şəki şəhərində 58 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
Milli.Az xəbər verir ki, Şəki rayonunun Çeşməli kənd sakini, 58 yaşlı Vüqar Mustafayevi şəhərin Salman Mümtaz küçəsində elektrik cərəyanı vurub.
Məlumata görə, hadisə transformator yaxınlığında baş verib. Vüqar Mustafayev hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)