“Arsenal” Vinisius üçün “Real”a fantastik məbləğ təklif etdi

2 Avqust 2026 13:59

İngiltərənin "Arsenal" klubu İspaniyanın "Real" komandasında çıxış edən braziliyalı vinger Vinisius Juniorun transferi üçün 135 milyon avro təklif edib.

Milli.Az xəbər verir ki, bonuslar da nəzərə alınmaqla sözügedən transferin ümumi dəyəri 145 milyon avroya çata bilər.

Bildirilir ki, Vinisius da karyerasını "topçular"da davam etdirməyə müsbət yanaşır.

Braziliyalı futbolçu "Kral klubu"nun 2027-ci ilin yayında başa çatacaq müqaviləsinin uzadılması ilə bağlı təklifini qəbul etməyib.

Qeyd edək ki, 26 yaşlı Vinisius 2018-ci ildən "Real"ın formasını geyinir. O, Madrid təmsilçisinin heyətində keçirdiyi 375 oyunda 128 qol vurub, 100 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)