Paşinyan yenidən Baş nazir oldu - (Yenilənib)

2 Avqust 2026 14:43

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Nikol Paşinyanı yenidən Baş nazir təyin edib.

Milli.Az xəbər verir ki, bu təyinat Paşinyanın Ermənistanın hakim Vətəndaş Müqaviləsi Partiyası tərəfindən bu vəzifəyə namizədliyinin irəli sürülməsindən sonra baş verib.

Partiya Paşinyanın bu vəzifəyə namizədliyi üçün lazımi sənədləri prezidentə təqdim edib.

_______________

Ermənistanın Baş naziri Nikol Paşinyan istefa verib, eyni zamanda Nazirlər Kabinetinin səlahiyyətlərinə də xitam verilib.

Milli.Az xəbər verir ki, bu barədə Paşinyan sosial şəbəkə hesabında paylaşım edib.

Qeyd olunub ki, bu addım Ermənistan Konstitusiyasının tələblərinə uyğun olaraq yeni çağırış parlamentin fəaliyyətə başlaması ilə əlaqədar həyata keçirilən formal prosedurdur. Konstitusiyanın 158-ci maddəsinə əsasən, parlamentin ilk iclası günü hökumət istefa verməlidir.

Yeni hökumət formalaşdırılanadək Baş nazir və nazirlər öz səlahiyyətlərini müvəqqəti olaraq icra etməyə davam edəcəklər. Növbəti Baş nazir hakim fraksiyanın təqdimatı əsasında ölkə prezidenti tərəfindən təyin olunacaq.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)