Saratovdakı neft emalı zavodu PUA hücumuna məruz qaldı

2 Avqust 2026 11:08

Rusiyanın Saratov şəhərindəki neft emalı zavoduna PUA zərbələri endirilib.

Milli.Az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, zərbələr nəticəsidə zavodun məşəl qurğusu dağıdılıb.

Bu neft emalı zavodu ildə təxminən 7 milyon ton neft emal gücünə malikdir və Rusiyanın əsas neft emalı müəssisələrindən biridir. Zavodda həm mülki, həm də hərbi sektorların ehtiyacları üçün benzin, dizel və aviasiya yanacağı istehsal olunur.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)