Yaponiyada dağıdıcı zəlzələnin qurbanlarının sayı artır

2 Avqust 2026 09:40

Yaponiyanın Kyuşu adasında baş verən güclü zəlzələnin fəsadları ağırlaşmaqda davam edir.

Associated Press agentliyinin yaydığı məlumata görə, Kumamoto prefekturasında iyulun 28-də qeydə alınan 7,1 bal gücündə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 38-ə yüksəlib, azı 139 nəfər isə xəsarət alıb.

Təbii fəlakətdən sonra bölgədə vəziyyət hələ də tam bərpa olunmayıb. Hazırda təxminən 69 min ev təsərrüfatı susuz qalıb, 9200-dən çox sakin isə təxliyə mərkəzlərində məskunlaşmağa məcbur olub.

Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün xilasetmə və təcili yardım xidmətləri ilə yanaşı, Yaponiya Özünümüdafiə Qüvvələrinin təxminən 4600 hərbçisi də əməliyyatlara cəlb edilib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)