"Nilay" "Kızılcık şerbeti"ndən gedir

1 Avqust 2026 20:32

"Kızılcık şerbeti" serialında gözlənilməz ayrılıq yaşanacaq.

Milli.Az xəbər verir ki, ekran işinə aktrisa Feyza Civelek vida edəcək. Maraqlı məqamlardan biri də bununla bağlı xəbər yayıldıqdan sonra aktrisa instaqram hesabını tamamilə bağlayıb.

Qeyd edək ki, 5-ci mövsümünün yayımlanması gözlənilən serialın baş rolunu Seray Kaya və Emre Dinler paylaşır. Feyza layihədə "Nilay" obrazına həyat verirdi. O, tez-tez anasının sözügedən serialın ssenaristi olması və aktrisalıq performansına görə də tənqid edilirdi./Axşam.az

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)