Astroloqların proqnozuna görə, avqustun ilk həftəsi üç bürc üçün xüsusilə taleyüklü olacaq.
Milli.Az Sfera.az-a istinadən bildirir ki, onları həm maliyyə, həm sevgi, həm də karyera sahəsində gözlənilməz hadisələr gözləyir.
Şir
Şirlər üçün uğurlu dövr başlayır. İş həyatında yeni imkanlar yarana, uzun müddətdir gözlədikləri xəbər nəhayət gələ bilər. Maddi gəlirlərin artacağı ehtimal edilir. Şəxsi münasibətlərdə isə romantik sürpriz və yeni tanışlıq gündəmdə olacaq.
Oğlaq
Oğlaqlar maliyyə baxımından şanslı bürclər sırasında yer alır. Gözlənilməz gəlir, maaş artımı və ya sərfəli əməkdaşlıq təklifi ala bilərlər. Uzun müddətdir həllini gözləyən problemlər də mərhələli şəkildə aradan qalxacaq.
Əqrəb
Əqrəbləri həyatlarını dəyişə biləcək qərarlar gözləyir. Uzaqdan gələcək bir xəbər onların planlarını tamamilə dəyişə bilər. Astroloqlar riskli addımları tələsmədən atmağı tövsiyə etsələr də, düzgün qərarlar böyük uğurun başlanğıcı ola bilər.
Astroloqlar qeyd edirlər ki, bürc proqnozları ümumi xarakter daşıyır və hər bir insanın doğum xəritəsinə görə fərqli nəticələr verə bilər.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)