Rusiya Ukraynanın hərbi itkiləri ilə bağlı yeni rəqəmlər açıqladı

1 Avqust 2026 17:30

Rusiya Müdafiə Nazirliyi Ukraynada davam edən müharibənin 1620-ci günü üzrə Ukrayna Silahlı Qüvvələrinin itkilərinə dair yenilənmiş statistikanı yayıb.

Nazirliyin rəsmi nümayəndəsi İqor Konaşenkovun sözlərinə görə, müharibə başlayandan bəri Ukrayna ordusuna məxsus 673 təyyarə, 284 helikopter, 194 261 pilotsuz uçuş aparatı (PUA), 669 zenit-raket kompleksi, 30 389 tank və digər zirehli döyüş texnikası, 1 766 reaktiv yaylım atəş sistemi, 35 975 artilleriya qurğusu və minaatan, həmçinin 68 025 xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib.

Açıqlanan məlumatlar Rusiya Müdafiə Nazirliyinə məxsusdur və müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)