İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sözçüsü İbrahim Rezai ABŞ və İsrailə sərt xəbərdarlıq edib.
Milli.Az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
Rezainin sözlərinə görə, bəzi qüvvələr bazarların iki gün bağlı olmasından istifadə edərək İrana sürətli və dağıdıcı zərbə endirib Tehranı təslim olmağa məcbur edə biləcəklərini düşünürlər.
"Bu, Netanyahu tərəfindən Trampa təlqin edilən xülyadır. Əgər İrana hücum edilərsə, biz bütün regionu və onun infrastrukturunu daş dövrünə qaytaracağıq. Ağılsız addım atmamaq sizin öz xeyrinizədir", - deyə iranlı deputat bildirib.
Bəyanat ABŞ və İsrailin İrana qarşı mümkün hərbi addımları ilə bağlı yayılan xəbərlər fonunda səsləndirilib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)