Şəmkirdə həyat yoldaşını qətlə yetirən şəxsə 15 il həbs cəzası verildi

1 Avqust 2026 16:21

Şəmkirdə həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Arif Hacıyevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Milli.Az apa-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Arif Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında Şəmkirdə baş verib. İstintaq materiallarına görə, Arif Hacıyev ailədaxili münaqişə zəminində həyat yoldaşı Röyalə Hacıyevanın boğazını kəsərək qətlə yetirib.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülmüşdü.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)