İki güləşçimiz 1/4 finala yüksəldi

1 Avqust 2026 15:35

Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatına qələbə ilə başlayıb.

Milli.Az xəbər verir ki, 51 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda gürcüstanlı Giorgi Narimanidzeni 4:2 hesabı ilə üstələyərək növbəti mərhələyə vəsiqə qazanıb.

Həmçinin, 45 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Tunar Həsənov 1/8 finalda bolqarıstanlı Radoslav Velikovu 4:1 hesabı ilə üstələyərək növbəti mərhələyə yüksəlib.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)