Latviya texniki səbəblərlə əlaqədar Belarusla sərhəd keçidini müvəqqəti bağlayıb.
Bu barədə ölkənin daxili işlər naziri Yanis Dombrava sosial şəbəkə hesabında məlumat verib.
Latviya Dövlət Sərhəd Mühafizə Xidmətinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Kristine Petersone bildirib ki, qərar informasiya sistemlərində yaranan texniki nasazlıq səbəbindən qəbul edilib.
Hazırda nasazlığın yaranma səbəbləri və problemin nə vaxt aradan qaldırılacağı açıqlanmayıb.
Qeyd edək ki, bir gün əvvəl Yanis Dombrava Latviya vətəndaşlarını Belarusa səfərdən çəkinməyə, hazırda bu ölkədə olan şəxsləri isə mümkün qədər tez vətənə qayıtmağa çağırmışdı.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)