Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsi Ramin Qasımova həvalə olundu

31 İyul 2026 23:00

Məlum olduğu kimi, Sumqayıt Tibb Mərkəzinin direktoru Elnur Azadxanov bir neçə gün əvvəl işdən çıxarılıb.

Milli.Az bildirir ki, Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsinin icrası həmin tibb müəssisəsinin direktor müavini Ramin Qasımova həvalə olunub.

Qeyd edək ki, R.Qasımov 2020-2024-cü illər ərzində Salyan Rayon Mərkəzi Xəstəxanasının direktoru olub. Daha sonra isə Sumqayıt Tibb Mərkəzinin direktor müavini vəzifəsinə təyin edilib./unikal

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)