Doğum tarixinə görə bal ayı üçün gedəcəyiniz ən ideal yerlər

1 Avqust 2026 02:18

Numeroloqların fikrincə, doğulduğunuz tarix xarakteriniz və səyahət seçimləriniz barədə müəyyən ipucları verə bilər. Onların iddiasına görə, bal ayı üçün ən uyğun məkan da doğum gününüzə əsasən dəyişir. Qeyd edək ki, numerologiya elmi cəhətdən sübut olunmuş metod deyil və bu cür uyğunluqlar daha çox əyləncə xarakteri daşıyır.

Milli.Az bu doğum tarixlərini təqdim edir:

Ayın 1, 10, 19 və ya 28-də doğulanlar - Günəşli adalar

Enerjili və həyat dolu olan bu insanlar üçün isti iqlim və okean mənzərələri ideal sayılır. Havay adaları və Fransız Polineziyası romantik istirahət üçün uyğun seçimlər hesab edilir.

Ayın 2, 11, 20 və ya 29-da doğulanlar - Sakit və tənha məkanlar

Bu tarixlərdə doğulanlar bal ayında səs-küydən uzaq qalmağa üstünlük verirlər. Kaliforniyadakı Taho gölü ətrafında yerləşən kotteclər və ya Meksikanın Careyes sahillərindəki sakit evlər onlar üçün ideal ola bilər.

Ayın 3, 12, 21 və ya 30-da doğulanlar - Kəşflərlə dolu bal ayı

Yeni mədəniyyətlər və fərqli təcrübələr onları daha çox cəlb edir. Bali adası və Yaponiyanın qədim Kioto şəhəri həm romantika, həm də yeni kəşflər üçün uyğun istiqamətlər sayılır.

Ayın 4, 13, 22 və ya 31-də doğulanlar - Təbiətin qoynunda macəra

Bu insanlar daha az tanınan və vəhşi təbiəti ilə seçilən yerlərə üstünlük verirlər. İslandiyanın vulkanik mənzərələri, Norveç fiyordları və ya Çilidəki Pataqoniya unudulmaz bal ayı vəd edir.

Ayın 5, 14 və ya 23-də doğulanlar - Avropa turu

Dinamik həyat tərzini sevənlər üçün bir şəhərlə kifayətlənmək çətindir. Parisdən başlayaraq İspaniya, İtaliya, Avstriya və Çexiyanı əhatə edən səyahət onlar üçün daha maraqlı ola bilər.

Ayın 6, 15 və ya 24-də doğulanlar - Dəbdəbəli və rahat istirahət

Rahatlığı və gözəlliyi sevənlər Santorini adasında spa istirahətini və ya Kosta-Rikadakı lüks ekoloji kurortları seçə bilərlər. Təbii termal sular bu səyahətə xüsusi ab-hava qatacaq.

Ayın 7, 16 və ya 25-də doğulanlar - Ruhu dincəldən bal ayı

Bu tarixlərdə doğulanlar üçün sakitlik və mənəvi rahatlıq ön plandadır. Meksikanın Maya Rivyerasında okean sahilində yoqa, meditasiya və kakao mərasimləri ilə müşayiət olunan istirahət tövsiyə edilir.

Ayın 8, 17 və ya 26-da doğulanlar - Tarixlə iç-içə romantika

Qədim sivilizasiyalara maraq göstərənlər üçün Yunanıstan və İtaliyanın tarixi şəhərləri əla seçimdir. Daha fərqli təcrübə istəyənlər isə Nil çayı boyunca kruiz edib Misirin qədim məbədlərini ziyarət edə, sonda isə Qırmızı dəniz sahillərində dincələ bilərlər.

Ayın 9, 18 və ya 27-də doğulanlar - Adrenalin dolu bal ayı

Macəra sevənlər üçün safari ən yaxşı seçimlərdən biridir. Keniya, Tanzaniya və Cənubi Afrikada vəhşi təbiəti yaxından izləmək və ya Nepal ilə Himalay dağlarında yürüş etmək unudulmaz təəssüratlar yarada bilər./Lent.az 

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)