İspaniyanın “Şengen”dən çıxarılması çağırışına dəstək gəldi

31 İyul 2026 17:05

Finlandiyanın daxili işlər naziri Mari Rantanen Avropa ölkələrini İtaliyanın İspaniyanın müvəqqəti olaraq "Şengen" zonasından çıxarılması ilə bağlı təşəbbüsünü dəstəkləməyə çağırıb.

Milli.Az xəbər verir ki, nazir bu barədə açıqlama verib.

Rantanen bildirib ki, İspaniyanın Seuta şəhərində yaranmış vəziyyətlə əlaqədar olaraq, ölkənin müvəqqəti şəkildə "Şengen" zonasından kənarlaşdırılması məsələsi nəzərdən keçirilməlidir.

"Avropa ölkələri İtaliyanın bu təşəbbüsünə dəstək verməlidir", - deyə Finlandiya rəsmisi qeyd edib.

Qeyd edək ki, daha əvvəl 50 minə yaxın mərakeşli miqrantın İspaniyanın Seuta şəhərinə daxil olduğu, bölgədə iğtişaşların başladığı və bəzi miqrantların yerli sakinlərin evlərinə girməyə cəhd etdiyi barədə məlumat yayılmışdı.

Bundan sonra İtaliyanın bir sıra yüksək vəzifəli şəxsləri İspaniyanın "Şengen" zonasından çıxarılması ilə bağlı çağırışlar səsləndirmişdi.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)