Rusiya Ukraynanın itkilərini yenilədi

31 İyul 2026 15:50

Rusiya Müdafiə Nazirliyi Ukraynadakı müharibə ilə bağlı yeni itki statistikasını açıqlayıb.

Milli.Az xəbər verir ki, nazirliyin rəsmi nümayəndəsi İqor Konaşenkov müharibənin 1619-cu günü üzrə Ukrayna ordusunun itkiləri barədə məlumat yayıb.

Konaşenkovun sözlərinə görə, Rusiya tərəfinin hesablamalarına əsasən, döyüşlərin başladığı vaxtdan indiyədək Ukrayna ordusuna məxsus 673 təyyarə, 284 helikopter, 193 min 518 pilotsuz uçuş aparatı (PUA), 669 zenit-raket kompleksi, 30 min 380 tank və digər zirehli texnika, 1 766 reaktiv yaylım atəş sistemi, 35 min 963 artilleriya qurğusu və minaatan, eləcə də 67 min 917 xüsusi hərbi avtomobil texnikası məhv edilib.

Qeyd edək ki, açıqlanan rəqəmlər Rusiya Müdafiə Nazirliyinin məlumatlarına əsaslanır. Ukrayna tərəfi isə bu göstəriciləri təsdiqləmir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)