ABŞ Prezidenti Donald Tramp İranla sülh danışıqlarına başlamaq üçün Tehranın əvvəlcə atəşkəsə razılaşmasını şərt kimi irəli sürür.
Milli.Az xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb.
Qəzetin mənbəsinin sözlərinə görə, istənilən danışıqların əsas şərti atəşkəsin əldə olunmasıdır. Bildirilib ki, İran bu istiqamətdə ilk addımı atmalıdır.
Mənbə qeyd edib ki, Tramp mümkün qədər qısa müddətdə razılaşmaya nail olmaq istədiyini açıqlayıb. Lakin İranın ABŞ gəmilərinə, hərbi bazalarına və Fars körfəzindəki müttəfiqlərinə qarşı hücumları davam edəcəyi təqdirdə bunun nəticələrinin olacağı vurğulanıb.
Məlumata görə, tərəflər arasında texniki müzakirələr davam edir, həmçinin vasitəçilərlə əlaqələr saxlanılır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)