Türkiyəli müğənni Gülbən Ergən sosial şəbəkədə aktivləşdirdiyi ödənişli abunə sistemi ilə diqqət çəkib.
Milli.Az axsam.az-a istinadən xəbər verir ki, sənətçi bir müddət əvvəl "Instagram" hesabında aylıq 79,99 Türkiyə lirəsi (təxminən 2 manat 86 qəpik) məbləğində ödənişli abunə funksiyasını istifadəyə verib.
Gülbən Ergən bildirib ki, bu sistem sayəsində izləyiciləri ilə daha yaxın və eksklüziv ünsiyyət qurur. Onun sözlərinə görə, abunəçiləri üçün gündəlik həyatından paylaşımlar edir, onların suallarını cavablandırır və xüsusi məzmun təqdim edir.
İddialara görə, qısa müddətdə ödənişli abunəçilərinin sayı 5 min nəfərə çatıb. Bu isə müğənniyə aylıq təxminən 400 min Türkiyə lirəsi (təxminən 14 min 300 manat) gəlir qazandırır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)