Bərdədə 79 yaşlı kişi kanala düşüb öldü

31 İyul 2026 14:06

Bərdə rayonunda bədbəxt hadisə baş verib.

Milli.Az xəbər verir ki, hadisə rayonun Hacıəhmədli kəndində qeydə alınıb.

Kənd sakini, 79 yaşlı Məhəmməd Cəlilov ağac kəsərkən ehtiyatsızlıqdan Yuxarı Qarabağ kanalına yıxılıb. O, suda boğularaq ölüb.

Meyit sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)