Avqustun 1-dən Xırdalan şəhərini metronun "Memar Əcəmi" stansiyası ilə əlaqələndirən 135 nömrəli müntəzəm marşrut xəttində yeni avtobuslar istismara veriləcək.
Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə marşrut üzrə hazırda istifadə olunan dizel mühərrikli avtobuslar CNG texnologiyası ilə təchiz edilmiş böyüktutumlu "Iveco" markalı avtobuslarla əvəzlənəcək.
Qeyd olunub ki, marşrut üzrə ödəniş yalnız nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı isə 60 qəpik təşkil edəcək.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)