Yük maşını dayanmış avtomobili vurdu, 2 nəfər həyatını itirdi

31 İyul 2026 11:37

Ucar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, qəza Bakı-Qazax magistral avtomobil yolunun Ucar rayonunun Qarabörk kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan 1979-cu il təvəllüdlü, Tərtər rayonunun Köçərli kənd sakini Anar Şamilzadənin idarə etdiyi "Mercedes Atego" markalı yük avtomobili yol kənarında dayanmış 1984-cü il təvəllüdlü, Gəncə şəhər sakini Tural Məmmədovun idarə etdiyi "Chevrolet" markalı minik avtomobilinə çırpılıb.

Güclü zərbə nəticəsində minik avtomobili yoldan çıxaraq yol kənarında dayanan iki piyadanı vurub.

Hadisə zamanı piyadalardan biri hadisə yerində həyatını itirib. Minik avtomobilində olan sərnişinlərdən biri isə xəstəxanaya aparılarkən yolda ölüb.

Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Gəncə şəhər sakinləri Elmir Əsgərli, Elnur Fərəcullayev və sürücü Tural Məmmədov Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hazırda həyatını itirən şəxslərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)