Milli.Az xəbər verir ki, valideynin sözlərinə görə, övladları son 7 ay ərzində bağçada təhsil alıb və bütün ödənişlər vaxtında edilsə də, bu müddətdə psixoloji təzyiq, kobud rəftar və fiziki zorakılığa məruz qalıblar. İddiaya əsasən, son hadisə zamanı uşaqlardan biri müəllim tərəfindən vurulub.
Şikayətçi bildirir ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına rəsmi müraciət edildiyi və hazırda araşdırma aparıldığı qeyd olunur.
Məsələ ilə bağlı "Nauka Tədris Mərkəzi"nin rəhbəri mövqeyini qeyd edərək bildirib ki:
"Bildirirəm ki, yuxarıda qeyd olunan məlumatların bu formada yayılması həqiqətə uyğun deyil və mənim şərəf və ləyaqətimə, habelə "Nauka Tədris Mərkəzi"nin işgüzar nüfuzuna ciddi xələl gətirir.
Fiziki zorakılıq iddiası həqiqəti əks etdirmir hadisə ilə bağlı müəssisədə mövcud olan müşahidə kameralarının görüntüləri tərəfimizdən qorunub saxlanılmışdır. Həmin görüntülərin araşdırılması zamanı uşağın müəllim tərəfindən döyülməsi və ya çubuqla vurulması barədə yayımlanmış iddianı təsdiq edən hər hansı hal müəyyən edilməmişdir. Hadisənin baş verdiyi iddia olunan vaxt üzrə kamera görüntüləri mövcuddur və zərurət yarandıqda aidiyyəti orqanlara və məhkəməyə sübut kimi təqdim edilə bilər.
Xüsusilə bildirirəm ki, hadisə ilə bağlı müşahidə kameralarının görüntüləri, WhatsApp yazışmaları, səs materialları və digər sənədlər tərəfimdən qorunub saxlanılmışdır və zərurət yarandıqda aidiyyəti dövlət orqanlarına və məhkəməyə təqdim ediləcəkdir. Bu müraciətə qanunvericiliklə müəyyən edilmiş müddətdə əsaslandırılmış cavab verilməsini xahiş edirəm. Tələblərimin təmin edilməsindən imtina edildiyi və ya qanunla nəzərdə tutulmuş qaydada cavab verilmədiyi halda, hüquqlarımın müdafiəsi üçün aidiyyəti dövlət orqanlarına və məhkəməyə müraciət etmək, o cümlədən dəymiş maddi və mənəvi zərərin əvəzinin tələb edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarımdan istifadə etmək hüququmu özümə saxlayıram".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)