Pakistanda mədən çökdü: 34 nəfər öldü

31 İyul 2026 09:56

Pakistanın Bəlucistan əyalətindəki kömür mədənlərindən biri çöküb.

Milli.Az xəbər verir ki, bu barədə Pakistanın "Geo" telekanalı məlumat yayıb.

Məlumata görə, çökmə nəticəsində ölənlərin sayı 34 nəfərə çatıb.

Mədəndə 42 şaxtaçının işlədiyi bildirilir. Hazırda xilasetmə işləri davam edir.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)