Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazanıb - Sadır Japarov

31 İyul 2026 09:15

Qırğızıstan və Azərbaycanı tarixi köklər və mənəvi yaxınlıq birləşdirir.

Milli.Az xəbər verir ki, bu barədə Prezident Sadır Japarov Çolpon-Ata şəhərində keçirilən Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şuranın 3-cü iclasında bildirib.

Qırğızıstan dövlətinin başçısı qeyd edib: "Bizim dəyərlərimiz öz əksini iki xalqın zəngin mədəni irsində tapıb. Dahi Nizami Gəncəvi dediyi kimi: "Qazanılan hər bir dost səmanın bəxş etdiyi bir nemətdir". Xüsusi qürur hissi ilə qeyd etmək istərdim ki, Qırğızıstan və Azərbaycan bir-birinin timsalında etibarlı dost qazınıb".

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)