Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

30 İyul 2026 21:22

Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib.

Milli.Az "Azərbaycan müəllimi" qəzetinə istinadən xəbər verir ki, universitetin Himayəçilər Şurasının qərarı, elm və təhsil nazirinin müvafiq əmri ilə Nəcibə Nəsibova ali təhsil müəssisəsinin rektoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Nəcibə Nəsibova 1992-2026-cı illərdə Azərbaycanın Türkiyədəki səfirliyində təhsil müşaviri vəzifəsində işləyib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)