Sabunçu rayonundakı 4 saylı notariat ofisinin xüsusi notariusu Səbuhi Əliyev birinci məhkəməsində həbs edilib.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində belə qərar qəbul edilib.
Azər Tağıyevin sədrlik etdiyi məhkəmə kollegiyası qərarını belə əsaslandırıb ki, külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunan notarius dəymiş ziyanı ödəmir. Bu hal qətimkan tədbirinin dəyişdirilməsi üçün əsas sayılıb. Qərara əsasən S.Əliyev məhkəmə zalında qandallanaraq təcridxanaya göndərilib.
Əsas iclas avqustun 6-sı keçiriləcək.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)