Qaxda ağır qəza - Ölən və xəsarət alanlar var

30 İyul 2026 19:23

Qaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın məlumatına görə, hahisə Qax-Şəki avtomobil yolunun Qax rayonunun Əmbərçay kənd ərazisindən keçən hissəsində olub.

Belə ki, iki avtomobil toqquşub və yol kənarına aşıblar

İlkin məlumata görə, Tacəddin Əhmədov adlı şəxs hadisə yerində ölüb, Həşimov Xəyal Abdul oğlu, Abdullayev Zaur Səid oğlu, Manafov Novruz Şəmil oğlu isə xəsarət alıb.

Onlar Qax rayon xəstəxanasına çatdırılıb./"Qafqazinfo"

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)