Ağcabədi rayonunun Avşar kəndindən keçən Qarabağ suvarma kanalında bir nəfərin batması ilə bağlı məlumat daxil olub.
Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məlumat daxil olduqdan dərhal sonra nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.
Hazırda 1980-ci il təvəllüdlü Əsədov Adil Əsəd oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)