Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 31-da növbəti dəfə uçot faiz dərəcəsi ilə bağlı qərarını verəcək.
Milli.Az bu barədə AMB-yə istinadən xəbər verir.
Xatırladaq ki, AMB sonuncu qərarında, yəni iyunun 24-da uçot dərəcəsini sabit saxlayıb. Uçot dərəcəsi 6,5%, faiz dəhlizinin aşağı həddi 5,5%, faiz dəhlizinin yuxarı həddi isə 7,5% səviyyəsində dəyişməz saxlanılıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)