Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına salındı

30 İyul 2026 17:26

"Telegram" messencerinin yaradıcısı Pavel Durov Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edilib.

Milli.Az xəbər verir ki, bu barədə iyulun 29-da Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

Bildirilib ki, Durov "Telegram" platformasında qanunla qadağan olunmuş məzmun və kanalların silinməməsi ilə bağlı açılan cinayət işi çərçivəsində terror fəaliyyətinə kömək etməkdə ittiham olunur.

Məlumata görə, "Telegram"ın qurucusu bu ittihamlarla bağlı 15 ilədək həbs cəzası ilə üzləşə bilər.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)